Türkiyəli məşhur cütlük Qarabağa görə toyunu təxirə saldı

Türkiyəli məşhur cütlük Qarabağa görə toyunu təxirə saldı

Türkiyənin məşhur müğənnisi Cem Belevi 4 ildir birlikdə olduğu aktyor sevgilisi Zəhra Yılmaza doğum günündə evlilik təklif etmişdi.

BAKU.WS "hüriyyət"ə istinadən xəbər verir ki, evlilik hazırlığı görən cütlük toylarını təxirə salıb. Buna səbəb Qarbağdakı döyüşləri səbəb gətiriblər:

“Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz.

Bundan əlavə, anamla atam Bakıda yaşayır.

Belə bir vaxtda toy edə bilmərik”.

 

Mənbə: baku.ws