Flora Kərimova: “Qarabağı qaytardıq desələr, bəlkə bağrım çatlayacaq” - VİDEO

Flora Kərimova: “Qarabağı qaytardıq desələr, bəlkə bağrım çatlayacaq” - VİDEO

"Ancaq Şuşaya görə sevinsəydim eqoistlik olar. "Qarabağı qaytardıq" deyilsə, bəlkə bağrım çatlayacaq. O şad xəbərə dözə bilməzdim".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Ay Zaur" proqramında deyib. Müğənni hər qələbə xəbərini göz yaşı ilə qarşıladığını söyləyib.

F.Kərimova bildirib ki, tək arzusu Qarabağa yenidən ayaq basmaqdır:

"Sizə qəribə gəlir ki, ağlayıram. 80 yaşım olacaq, vətənsiz, Qarabağsız ölmək istəmirəm. 80 yaş... Hər il, hər ay, hər dəqiqəm qazancdır. Əlim ora çatsın, anamın ruhundan, torpağımdan üzr istəyim.

Əlimdən ancaq bu gəlir. Əlimdən göz yaşımdan və mahnılarımdan başqa heç nə gəlmir. İçimdə niskil o qədər böyük idi ki... İndi sevincdən ağlayıram".

 

Mənbə: baku.ws