20 yaşında həyatına son qoyan modelin intihar səbəbi ortaya çıxdı...+ FOTOLAR

20 yaşında həyatına son qoyan modelin  intihar səbəbi ortaya çıxdı...+ FOTOLAR

İngiltərədə ötən il bir otel otağında intihar edərək həyatına son verən məşhur model Keytlin O-Reilin ailəsi qızlarının 13 yaşında cinsi istismara məruz qaldığını söyləyib.

Moderator.az xəbər verir ki, İngilis müğənni Robbi Vilyamsın yaxın dostu olan model ötən ilin avqust ayında psixoloji gərginlik yaşadığı üçün rəfiqələri ilə tətilə gedib.

Tətildə olarkən qaldığı oteldə intihar edən 20 yaşlı modelin ailəsi qızlarının ölümündən sonra onun 13 yaşında təcavüzə məruz qaldığını və bundan sonra da psixoloji problemlər yaşadığını söyləyib.

Gənc modelin anası qızının hər zaman özünü dəyərsiz hiss etdiyini və bir neçə dəfə intihara cəhd etdiyini deyərək intiharına yaşadığı təcavüzün səbəb olduğunu bildirib.

Kamran

 

 

Mənbə: moderator.az