Melaniya Tramp xarici görünüşündə dəyişiklik edib?

Melaniya Tramp xarici görünüşündə dəyişiklik edib?

ABŞ-ın Birinci xanımı Melaniya Trampın son fotosu onun fanatlarında təəccüb yaradıb və marağa səbəb olub.

Belə ki, Melaniyanın ABŞ Prezidenti Donald Trampla gülümsəyərək çəkdirdiyi fotoda üz cizgiləri tam fərqli olduğundan sosial şəbəkə istifadəçiləri rəy bölməsində "bu doğrudanmı, Melaniyadır?" - yazıblar.

Cebhe.info xəbər verir ki. bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, britaniyalı həkim Husseyn Çima bu barədə öz fikirlərini adıçəkilən nəşrdə ifadə edib:

"Melaniya hər zaman sakit və "daşlaşmış" mimika ilə fotolar çəkdirib. Bu dəfə onun gülümsəyərək şəkil çəkdirməsi bütün sifət əzələlərinin gərginliyini azaldıb və onu dəyişdirib.

Bu, hər kəsdə belə olur. Gülümsəmə sifət əzələsinin gərginliyini aşağı endirir və bu da insanı dəyişdirir", - deyə həkim vurğulayıb.

Qeyd edək ki, analoji situasiya əvvəllər diğər tanınmış şəxslərdə də müşahidə edilib: aktrisa Meri Keyt, Eşli Olsen, müğənni Viktoriya Betxem, publisist İrina Xakamada belə simalardandır.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

Mənbə: cebhe.info