“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”

“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün başlatdığı əks-hücum əməliyyatını ölkəmizin hər bir vətəndaşı alqışla qarlışayır.

Aşıq Əhliman Rəhimov da Moderator.az-a açıqlamasında torpaqlarımızın işğaldan azad edilməsinə görə sevindiyini bildirdi:

“Ermənilərə artıq deyəcəyim söz tapmıram. Bunlara insan deməyə də dilim gəlmir. Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad edir. Bizim artıq sözdən qanmayan düşmənlə nəsə danışmağa ehtiyacımız yoxdur. Ölkə başçımız ləyaqətli kişinin oğludur. İgid bir ər oğludur. Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur. Ali Baş Komandan torpaqlarımızı işğaldan azad edir. Eşq olsun qardaş Türkiyəyə və onların prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana ki, bu gün bizə dəstək olurlar. Xalqımızı təbrik edirəm. İnşallah qalan torpaqlarımız da işğaldan azad olunsun mən də gedib Laçında, Şuşada sazımı kökləyəcəm. Hamınıza can sağlığı arzulayıram.

İlahi sizdən əyməsin,

şər heç qapınızı döyməsin.

Yaradandan arzum budur,

sağlamlığınıza dəyməsin, qardaş!

Hamınıza uğurlar arzulayıram. İnşallah biz qələbə çalacağıq”.

 

 

Mənbə: moderator.az