“Onlar Xocalıda şiddətli əzabla ölümü dadacaqlar“ - Xuraman Şuşalı

“Onlar Xocalıda şiddətli əzabla ölümü dadacaqlar“  - Xuraman Şuşalı

Tanınmış müğənni Xuraman Şuşalı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağı günün uzaqda olmadığını bildirib.

Yenisabah.az-a danışan sənətçi Şuşanın işğaldan olunması ilə bağlı gələn xəbərin uzaqda olmadığını qeyd edib:

“Mən inanıram ki, bütün məcburi köçkünlər öz evlərinə qayıdacaqlar. Vətənsiz insan heç nədir. Allah bu illər ərzində bizə qəribə bir səbr vermişdi, amma artıq o səbr yoxdur. Şəxsən mənim özümdə o səbr yoxdur, fikirləşirəm ki, 28 ildir biz Bakıda necə qalmışıq, necə yaşamışıq? Bəlkə də ümidsiz idik... İndi 5-10 günü dözə bilmirik, hər gün deyirik ki, “noldu, alındı?” Allah şəhidlərin qanını yerdə qoymasın. Mən həmişə atamdan eşitmişəm ki, Şuşa alınmaz qaladır. Təəssüflər olsun ki, Şuşa əlimizdən getdi. Şükürlər olsun, indi alınmaz qalanı biz geri qaytarırıq”.

O, Xocalının azad olunmasını Şuşadan daha çox istədiyini deyib:

“Allah bu yolda əsgərlərimizə kömək olsun. Mən bəlkə də Şuşadan da çox Xocalının, oranın qisasının alınmasını arzulayıram. Sosial şəbəkələrdə baxıram ermənilərdən qoca harsınlar vuruşmağa gəliblər. Allah onları öz ayaqları ilə həmin torpağa indi gətirir. Həmin yerdə bizim oğullarımız onları tikə-tikə edib, qanlarını bizim qanların üstünə tökəcəklər! Allah onları bu yaşlarında başqa cür də öldürə bilərdi, amma şiddətli əzabla ölümü dadacaqlar. Allah bizə o günü tez qismət eləsin, Xocalının azad olunduğunu eşidək. Bütün oğullarımız sağ-salamat geri qayıtsınlar. Bizə isə ancaq dua etmək qalır”.

 

 

Mənbə: yenisabah.az