Abbas Bağırov: "Ermənilər oxuduğum məktəbə raket atdılar"

Abbas Bağırov: "Ermənilər oxuduğum məktəbə raket atdılar"

Əməkdar artist Abbas Bağırov "Şou ATV" proqramın qonağı olub.

BiG.AZ Gəncədə yaşayan müğənni işğalçı ermənilərin Gəncəni raket atəşinə tutmasından danışıb.

Bildirib ki, terror aktı nəticəsində atılan raketlərdən biri onun bir zamanlar təhsil aldığı orta məktəbə düşüb.

"Gəncədə oxuduğum məktəbə də raket düşüb. Bu, düşmənin son dərəcə özünü zəif göstərməsidir. Düşmən adına da layiq olmaq lazımdır.

Düşmən səngərdə döyüşər. Onlar isə dinc əhalinin yatdığı yerdə üstünə bomba atır".



 

Mənbə: sonxeber.az