Dönüş: Sabaha qalmayan qisas

Dönüş: Sabaha qalmayan qisas

Bakı. Trend:

30 il... İlahi, bu 30 ilə nələr sığdırdıq? Bu illəri özündə barındıran hər ili, ayı, günü, hər saatı, hər dəqiqəni dinləsəniz, sizə nələr danışar... Atasız böyüyən uşaqlar, yoldaş, qardaş, ata yolunu gözləyə-gözləyə vaxtından əvvəl böyüyənlər, ağrılar, gözyaşları, “vətənim” deyə-deyə həyata gözlərini əbədi yuman, bu dünyadan nisgilli gedənlər, şəhidlər, nələr nələr... Hər xeyirdə-şərdə “Qarabağ şikəstəsi” nin səsi gələndə gözlərdən biixtiyar axan yaşlar, qəlblərdə açılan dəliklər, qaysaq bağlayan yaralar... Yuxu kimi yaşadıq hər birini.

“Qaçqın” sözü nə qədər ağırmış. Ağdamlıların hər dəfə zarafata salıb “Biz qaçaraq gəlməmişik, inciyib gəlmişik” sözü hər nə qədər üzümüzdə təbəssüm oyatsa da ürəyimizin bir küncündə yara bağlamışdı. 30 ildə sivil insanlar, azyaşlı Zəhraların ölümü ilə ürəyimizin başına od düşdü.

İçimizdə 30 illik qəzəb var. İndi 30 ildən sonra ordumuz tarix yazır. Qisasımız alınır. Necə sevinməyəsən? Bu gün hamımız Qarabağlıyıq. Bu gün hamımızın ürəyi cəbhədə döyünür. Yuxularımız artıq çin olur. Daha xatirələrimizdən o torpaqlara boylanmayacağıq. Yuxularımız ərşə çəkilməyəcək. Unudulmaz bəstəkarımız Vasif Adıgözəlov xatirlərində yazırdı ki, Türkiyədə Çanaqqala şəhidlərinin uyuduğu qəbirstanlığı ziyarət edəndə gözətçi ondan haralı olduğunu soruşub. O isə Azərbaycanlı olduğunu bildirəndə gözətçi başını bulayaraq deyib ki, kaş bir milyonunuz həyatda qalardı, amma Qarabağı verməzdiniz. Bu söz güllə yarasından, hətta ölümdən daha çox incidir insanı. 30 ildən sonra dünyanın gözünə dik baxmaq möhtəşəm bir hisdir. 30 ildən sonra yuxudan qalib oyanmaq, babalarımızın qisasının alınmasına şahid olmaq isə ondan da gözəl hisdir.

Uşaqlıq xatirələrimdən, dərsliklərimizdən matəm günlərimiz, torpaqlarımızın necə işğal olunması, xalqımıza necə işgəncə verilməsi boylanır. Ən qəddar adama belə erməni deyirdik. Erməni bizim üçün ən böyük söyüş və ən murdar məxluq idi. Böyüdükcə bunu daha yaxşı anlayıram. Kişinin düşməni kişi olar, amma bizim bu sarıdan bəxtimiz gətirməmişdi. Oxuduğum kitablardan ermənilər mənim uşaqlıq kabusuma çevrilmişdi.
Bəlkə də onda başa düşmürdük, amma biz məğlub olmuş xalq idik. Qisası yerdə qalınmış, xalqının başına min cür müsbitələr gətirilmiş, üstəlik, düşməni dünyanın ən mundar milləti olan biri kimi... Yetişən yeni nəslin bu hadisələri unudacağını düşünürdük. Çünki işğal olunmuş torpaqlardan çıxan uşqların bu gün 30 yaşı olduğunu yeni doğulan uşqların isə o torpaqların varlığından xəbərsiz olacağı qorxusu ilə yaşadığımız bir halda, bir möcüzə baş verdi. Biz bu qisası sabaha saxlamadıq. Bu qürurdur, bu dünyanın gözünə dik baxmaqdır, bu alınımızdakı qara ləkələrin silinməsidir. Artıq biz də yetişdirdiyimiz nəslin gözünə dik baxacağıq, onlara bu yaşananları qürurla danışacağıq. Rəşadətli ordumuzun torpaqlarımız uğrunda necə döyüşdükləri, atalarının qisaslarını necə almalarından danışacağıq.

Ən əsası danışarkən utanmayacağıq. 30 il əvvəl qucaqda bu bölgələrdən çıxan uşaqlar 30 ildən sonra tank belində o torpaqların qisasını necə almalarından danışacağıq. Onlar sizinlə, bizimlə qürur duyacaq. Bizim uşaqlarımz qürurlu, ürəkli, başı dik böyüyəcək. Məğlub ölkənin gəncləri olmayacaqlar. Torpaqlarının hansı ildə hansı şəkildə, millətinin başına gətirilən dəhşətləri əzbərləyərək böyüməyəcək. Çox şükür ki, bu qisas övladlarımıza qalmadı. Biz gələcək nəsillərə zəbt edilmiş torpaqlar buraxmadıq. 27 il sonra Ağdamdakı evinin açarını sandıqdan çıxaran anaya ümidəri tükənməyən xalqa yalnız zəfər yaraşır. Kürdəmirdə rayona atılan raketi su çəni edən xalq bütün qələbələrə layiqdir. Gəncəyə atılan raketlər bizi qorxutmur, “Nabarot qızışıyoruz” deyən xalqın iradə əzmini qırmaq mümkünsüzdür.

Bu müharibə bizə 2 şeyi anlatdı - lazım gələrsə, bir amal uğrunda xalqın birləşmək əzmini və xalqımızın necə möhkəm iradəli olmasını. Bir də düşmənin necə zəif, qorxaq olduğunu gördük.

Yaşadıqlarımız insana yuxu kimi gəlir və biz bu yuxudan oyanmaq istəmirik. Kino kimi anlar, duyğular yaşayırıq, hər biri ayrı bir ssenaridir. Sanki 10 milyonumuzun hamısı bu filmdə rol alıb. Hər birimiz bu filmin bir parçası, bir qəhrəmanıyıq. Filmin adı isə “Qarabağ Azərbaycandır!” adlanır. Qarabağ Azərbaycana çox yaraşır.
Gözlə Qarabağ. Sənə doğru gəlirik. Aç qollarını, Şuşam, övladların gəlib. Bütün mahnılarımız Qarabağdan, Şuşadan başlayırdı. Gözün aydın, Azərbaycan.

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə kiçik bir zərrə.
Mənə qanad verən odlu zirehsən,
Adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm.

Xəyalə Rəis

Mənbə: az.trend.az