Anası Qarabağ ermənisi olan Aleksey Çumakov Bakıdakı konsertindən danışdı - VİDEO

Anası Qarabağ ermənisi olan Aleksey Çumakov Bakıdakı konsertindən danışdı - VİDEO

Rusiyalı məşhur müğənni və bəstəkar, anası Qarabağ ermənisi olan Aleksey Çumakov Bakıdakı konsertindən danışıb.

Baku TV-nin təqdim etdiyi videoda Bakı konsertindən təəssüratlarını bölüşən müğənni Azərbaycan auditoriyası tərəfindən xoş qarşılandığını, bütün mahnılarının azərbaycanlı pərəstişkarları tərəfindən əzbər bilindiyini və konsertin möhtəşəm keçdiyini bildirib.

Aleksey Çumakov, həmçinin, anası Qarabağ ermənisi olan müğənni kimi Bakıda olduğu müddətdə nə jurnalistlər, nə də küçədəki adi insanlar tərəfindən heç bir təxribat xarakterli sualla qarşılaşmadığını da qeyd edib.

 

Mənbə: www.oxu.az