Ermənilər şou biznesimizi "qırıb" qurtardılar- İndidə tanınmış aktyerumuzu "öldürdülər" FOTO

Ermənilər şou biznesimizi "qırıb" qurtardılar- İndidə tanınmış aktyerumuzu "öldürdülər" FOTO

Ermənilər tanınmış aktyorumuzu “öldürdü”
Erməni mediası tanınmış azərbaycanlı aktyor Tural Əhmədin cəbhədə “həlak olduğu” barədə məlumat yayıb.
Kult.az xəbər verir ki, bu barədə Tural Əhməd öz sosial şəbəkə hesabında paylaşım edib.
“Məni də “öldürdülər”. Özü də yüksək rütbəli zabit adıyla”, – o bildirib.
Qeyd edək ki, erməni mediası guya Azərbaycan Ordusunun itkilərini “fotofaktlarla” təqdim etməyə girişib. Beləliklə, indiyə qədər meyxanaçı Mehman Əhmədli, Aşıq Namiq, Namiq Qaraçuxurlu, hətta Toliki “öldürüblər”. Bu azmış kimi, türkiyəli məşhur müğənniləri, o cümlədən Sərdar Ortaçı da azərbaycanlı əsgər çıxarıb, Qarabağ döyüşlərində şəhid olduğunu tirajlayıblar.
Ermənilər tanınmış aktyorumuzu “öldürdü”

Mənbə: teref.az