Türkiyəli tanınmışlar: "Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır"

Türkiyəli tanınmışlar: "Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır"

Türkiyədə TRT kanalının əməkdaşları və tanınmış aktyorlar Azərbaycanla bağlı çıxışlar ediblər. SİA-nın məlumatına görə, onların çıxışlarından ibarət video çarx hazırlanıb. Çarxın hazırlanmasının təşəbbüskarı aparıcı Aytən Səfərova olub.

Aktyor Bahadır Yenişehirlioğlu "Bütün imperial güclər bir araya gəlsələr də, Azərbaycanın yanında duracağıq. Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır. Qarabağ azad olana qədər mübarizəyə davam" deyə, söyləyib.

"Hər zaman hər yerdə deyirik: sizin acınız bizim acımız, sizin sevinciniz bizim sevincimiz, sizin davanız da bizim davamızdır. Çünki biz iki dövlət bir millətik, türk millətiyik" deyə, aktyor Hakan Boyav bildirib.

Videoda aktyorlar Muharrem Türksever, Cem Uçan, Mehmet Çevik, Ufuk Özkan, Berk Atan, Ayça Varlıer, Cem Uçan, aparıcılar Mustafa Ustanıl, Esra kaya, Nilgün Balkaç, Çağatay Gökmen, Canan Reçber, Fatih Çimen və başqaları yer alıblar.

Mənbə: sia.az