“Sizlər ölsəniz, heç nə olmaz“ - Tolik məşhurları “yıxdı-sürüdü“

“Sizlər ölsəniz, heç nə olmaz“  - Tolik məşhurları “yıxdı-sürüdü“

Son günlər erməni mediası azərbaycanlı məşhurların cəbhədə “həlak olduğu” barədə məlumatlar yayır. Onlar guya Azərbaycan Ordusunun itkilərini “fotofaktlarla” təqdim etməyə çalşırlar. Beləliklə, indiyə kimi bu siyahıda meyxanaçı Mehman Əhmədli, Aşıq Namiq, Namiq Qaraçuxurlu, Səyyad Əlizadə, Tolik kimi məşhurların adları da var.

Yenisabah.az xəbər verir ki, bu barədə paylaşım edən tanınmış prodüser, aparıcı Tarix Əliyev (Tolik) bəzi məşhurların bu addımı reklam üçün atdığını qeyd edib:

“Erməni o tərəfə qalsın, heç Azərbaycanda xalqın normal tanımadığı “məşhurları” indi də ölkənin əsas simaları bilib öldürdülər. Hamısı Tarkan oldu, hamı Sərdar Ortaç oldu. Necə də hər şeydə reklam axtaran səviyyəsizlərsiniz! Allah mənim xalqımı qorusun, sizlər ölsəniz də heç nə olmaz, bu qədər cavan övladlar dünyadan gedir”.

Qeyd edək ki, Ermənistan mediası türkiyəli məşhur müğənniləri, o cümlədən Sərdar Ortaç və Tarkanı da azərbaycanlı əsgər çıxarıb, Qarabağ döyüşlərində şəhid olduğunu tirajlayıblar.

Mənbə: yenisabah.az