“Azərbaycanın çörəyi ermənilərin burnundan gəlsin”

Əməkdar artist Aybəniz Haşımova ermənilərin uşaqlara qarşı etdiyi vəhşiliklərindən söz açıb. SİA-nın məlumatına görə, ifaçı onları “nankor” adlandırıb: “Körpələrin xoşbəxt böyüməsi üçün valideynlər nə əziyyətlər çəkir. Bütün valideynlərin məqsədi eyni olur ki, “Övladım Vətənə layiqli olsun”. Bu, hər bir azərbaycanlı ananın arzusudur.

Qəfildən hansısa nanəcib ortaya çıxır. Övladın və valideyinin canını alır. Üstəlik, torpaqlarını da işğal edir.
İllər öncə azərbaycanlılarla ermənilər bir yerdə yaşayıblar. Amma nankor düşmənlərimiz günahsız insanlarımızı öldürüb, əsir götürüblər və torpaqlarımızdan didərgin salıblar. Elə buna görə də Azərbaycanın çörəyi ermənilərin burnundan gəlsin. Yedikləri qaba tüpürən ermənilər, siz heç kimsiniz. Nə qədər azğınlaşmısınız ki, günahsız körpələrə belə qıyırsınız. Şərəfsizlər, cavabınızı alacaqsınız.

Nə qədər əsgərlərimiz şəhid olsa da, onların qanını başqa igidlərimiz sizdən alacaq. Siz azərbaycanlıları məhv edə bilməzsiniz. Amma ermənilərin kökünü Azərbaycan Ordusu kəsəcək. Buna əmin ola bilərsiniz. Odur ki, ağıllı olun!”

Sia.az

ƏVVƏLKİ XƏBƏR

"Bu qruplar birləşsə, Paşinyan devriləcək, amma..." - Ekspert

SONRAKI XƏBƏR

Paşinyanın yaxın dostu Qarabağda MƏHV EDİLDİ