Ferman Akgül Sevda Ələkbərzadə ilə Qarabağ haqqında oxudu

Ferman Akgül Sevda Ələkbərzadə ilə Qarabağ haqqında oxudu

Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül Əməkdar artist Sevda Ələkbərzadə ilə duet oxuyub.
Onlar birlikdə S.Ələkbərzadənin "Ulu vətən" adlı mahnısını ifa ediblər.
Akgül Türkiyə mətbuatına açıqlamasında bildirib ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub:
"Klipi Ermənistanın Azərbaycanda mülki şəxslərə atəş açdığı yerlərdə çəkəcəyik. "Ulu vətən"i yenidən aranjeman etdik. Niyyətim müharibədən ziyan çəkən bölgələrə getməkdir.
Bir musiqiçi olaraq iki ölkə arasındakı qardaşlıq bağını sənət sahəsində də birləşdirməli olduğumuzu düşünürəm. Ən əsası isə dünyanın sənət və əyləncə aləminə Azərbaycanda yaşananları və dostluğumuzu göstərmək istəyirəm".

Mənbə: cia.az