Xalq artisti şəhid olan qardaşı oğlundan danışdı:“...Tarix yazan millətimizin qəhrəmanlarıdır”

Xalq artisti şəhid olan qardaşı oğlundan danışdı:“...Tarix yazan millətimizin qəhrəmanlarıdır”

Xəbər verdiyimiz kimi, tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu şəhid olub. Bir neçə gündür səssiz qalan sənətkar sükutu pozub. “Sherg.az”ın məlumatına görə o rəsmi Feysbuk səhifəsində məlum olayla bağlı bunları yazıb:

“Əziz xalqımız,dəyərli dostlar, Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş qardaşım oğlu İsrafil İbrahimov üçün baş sağlığı verən hər kəsə ailəmiz adından təşəkkür edirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bu gün tarix yazan millətimizin qəhrəmanlarıdır. Vətən sağ olsun. Hamısının qarşısında baş əyirəm.

Qələbə bizimlədir. Qarabağ Azərbaycandır”.

Mənbə: sherg.az