"Oradan bir ovuc torpaq götürüb, sənin məzarına səpəcəm!"- Zülfiyyə Bayramovadan KÖVRƏK paylaşım

"Oradan bir ovuc torpaq götürüb, sənin məzarına səpəcəm!"- Zülfiyyə Bayramovadan KÖVRƏK paylaşım

Aparıcı Zülfiyyə Bayramova sosial şəbəkə hesabında etdiyi paylaşımı ilə hər kəsi kövrəltdi.

Olaylar.az xəbər verir ki, o oğlunun tələbə yoldaşı ilə bağlı paylaşım edərək, bu sözləri yazıb:

Oğlum bir gün gəldi ki, bir tələbə yoldaşım var və kirayədən çıxıb.

Ev tapana qədər olar bizdə qalsın?

Dedim gəlsin səninlə birlikdə qalsın və ev axtarmasın.

Gəldi və qaldı, ailəmizin bir üzvü oldu Əmrah.

Oğul olmuşdu mənə. Əsgərliyə özüm yola salmışdım, görüşünə getmişdim Əmrah balamın.

Xəyalları, arzuları vardı.

 

Heyif yarım qaldı xəyalları. Amma bəlkə də xəyallarının ən pik nöqtəsinə çatdı Əmrah.

O şəhid oldu.

Sənin qanın yerdə qalmaz.

Bu gündən Mən də tam qələbə çalana qədər cəbhə bölgəsində olacağam.

Söz verirəm sənin şəhid olduğun yerdən bir ovuc torpaq götürüb, sənin məzarına səpəcəm!"

Mənbə: olaylar.az