Əfsanəvi aktyor vəfat etdi

Əfsanəvi aktyor vəfat etdi

Dünyaca tanınmış əfsanəvi aktyor Şon Konneri bu gün 90 yaşında vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Şon Konneri 25 Avqust 1930-cu ildə Şotlandiya-nın Edinburq şəhərində anadan olub. "Agent 007" filmində oynadığı Ceyms Bond rolu ilə dünya şöhrəti qazanıb. 70-dən çox filmdə rol alan əfsanəvi aktyor, Oskar (1988), BAFTA (1988, 1990) və Qızıl Qlobus (1972, 1988) mükafatlarının laureatı olub.

Mənbə: qafqazinfo.az