Kəşf olunsa da, sirli qalan 7 Qədim Misir sivilizasiyası - FOTO

Qədim Misir sivilizasiyası minlərlə kəşfdən sonra da sirrini qorumağı bacarır. Bəzən qədim Misir kəşfləri maarifləndirici məlumatlarla dolu olur, bəzən isə ortaya onlarla cavabı tapılmayan suallar çıxarır. Bu da Qədim Misiri çox sirli və maraqlı bir yerə çevirir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, sizlərə Qədim Misirin sirli sivilizasiyalı haqqında bir neçə faktları təqdim edir.

1. İtkin kraliça Nefertiti

Qədim Misirdə Kleopatradan sonra ən məşhur qadın Nefertitidir. Bu məşhur Misir kraliçası Firon Exnatonun arvadı olub. Lakin, ərinin hakimiyyətinin on ikinci ilində Nefertiti birdən-birə yoxa çıxıb. Üstəlik, Fironun arvadı olmasına baxmayaraq, mumiyası hələ də tapılmayıb. Bu hadisə bir çox tarixçi və arxeoloq üçün qədim Misir sirləri arasında yer alır.

2. Qədim Misirdə elektrik

Qədim Misir sirlərindən bəhs edərkən dərhal elektrik də ağıla gəlir. Nil çayının qərb sahilindəki Dendera şəhərində Hathor məbədi var. Bu məbədin içindəki gizli otaqlarda, közərmə lifləri əvəzinə boşalma qövslü elektrik lampalarına bənzəyən cihazları təsvir edən bir hissə var. Alimlər bu işarələrin cihazın səhv istifadə edildiyi təqdirdə təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq olduğunu düşünürlər.

3. Xeops Piramidasının otaqları

Dünyanın Yeddi Möcüzəsindən biri olduğu deyilən Xeops Piramidasında ancaq kral və kraliçalara aid otaqların olduğu düşünülürdü. Ancaq bu yaxınlarda piramidanın içərisində daha çox otağın olduğu məlum olub. Tədqiqatçılar 2016-cı ilin oktyabrında termoqrafiya və rentgen üsulları ilə iki yeni otaq tapıblar. 1993-cü ildə piramidanın içinə qoyulmuş kiçik robotlar minillik köhnə tunellərdə fotoşəkillər çəkdi. Buradakı bəzi tunellərin digər otaqlara çıxışı olması nəzəriyyəsi irəli sürülüb və araşdırma nəticəsində bu, sübut edilib.

4. Qədim Misirin Atlantidası

Qədim Misir sirlərinə gəldikdə, Misirin Atlantidası çox maraqlıdır. Böyük Nilin ağzında dayanan Heraklius Misirə açılan bir qapı
sayılırdı. Atlantis 12 min il bundan əvvəl itib. Atlantidanın dağılması ilə bağlı bir çox səbəblər göstərilir. Bu, güclü zəlzələ, vulkan, sunami, okean dibinin çökməsi, meteorit yağışı, kəskin iqlim dəyişməsi və subasması nəticəsində ola bilərdi. Atlantidanın dağılması barədə əsərlərdə yer alan məlumatlar sadəcə müxtəlif versiyalarla məhdudulaşır.

Bu gün bu şəhər tamamilə suyun altındadır. Heç bir fəlakətə dair dəlil yoxdur. Yaxından nəzər saldıqda binaların böyük ölçüdə bütöv olduğunu və yalnız dəniz suyundan eroziya izləri olduğunu görərik.

5. Sirli obelisk

Asvandakı qədim karxanalarda qayaya həkk olunmuş, lakin inşası bitməmiş nəhəng bir obelisk var. Bu obelisk 42 metr uzunluğunda və təxminən 1200 ton ağırlığındadır. Qədim misirlilər o dövrdə təkərlərdən istifadə etmədikləri üçün bu qədər böyük bir şeyi necə daşıdıqları böyük maraq və suallar doğurur. Bundan əlavə, tərk edilmiş bu obeliskin nə üçün və necə hazırlandığı barədə heç bir məlumat yoxdur.

6. Müasir silah heroqlifləri

Qədim Misir sirləri arasında ən çox maraqlı olan mövzulardan biri də müasir silah heroqlifləridir. Hətta bu heroqliflər bir çoxlarını narahat edir. Abidosdakı Seti məbədinin içərisindəki tavanda dörd mükəmməl qorunmuş rəsm var. Müasir hərbi texnologiyaya az-çox bələd olan hər kəs bunların bir tank, helikopter, hava qayığı və sualtı qayıq olduğunu başa düşəcəkdir. Bəzi elm adamları bu heroqliflərin deformasiyaya uğradıqları üçün bu şəkillərə düşdüyünü deyir. Ancaq nədənsə, bu, o qədər də inandırıcı deyil.



7.Dəniz insanları

Dənizdə yaşayan insanlar Qədim Misirin böyük düşmənləri idi. Aralıq dənizində dolaşıb pirat və basqınlarla məşğul olurdular. Misirlilər dəniz insanlarının hər zaman pis olduğunu bildirsələr də, onlar haqqında az şey bilinir. II Ramses kimi fironlar bəzi yazılarında dəniz insanlarından bəhs etsələr də, kim olduqlarını və nələri hədəf aldıqlarını təsvir etmirlər. Sözügedən dəniz əhalisinin hititlərlə müttəfiq olduqlarına dair bir qeyd var. Onların Hitit xalqından olmadıqları da düşünülür.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Qəbələ"nin mövsümdə ilk qələbəsi - İCMAL

SONRAKI XƏBƏR

XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını diddia edən erməni əsirlə bağlı AÇIQLAMA