Aygün Kazımova məşhur xalq mahnımızla bağlı BİLİNMƏYƏNLƏRDƏN DANIŞDI

Xalq artisti Aygün Kazımova “İnstagram” səhifəsində “Sarı bülbül” mahnısının tarixi ilə bağlı açıqlama verib.

Xəbəral.az müğənninin paylaşımını təqdim edir:

“Azərbaycanın məşhur xalq mahnısı “Sarı bülbül”ün maraqlı yaranma tarixçəsi var.

Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra, Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün, öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi.

Ağabəyim ağa ömrü boyu vətən həsrəti ilə yaşadı.

Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi.

Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə, Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırdı.

Hətta bağban da Şuşadan idi. Bağın da adı “Vətən bağı” idi.

Ağabəyim ağa bu gözəl baxçanı gəzərkən, bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayırdı.

Amma Şuşadan uzaqda xarı bülbülün bitməməsindən məyus olaraq, dərdini belə dilə gətirib:

“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?”

 

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

Lökbatanda yolu keçən qadını maşın vurub öldürdü

SONRAKI XƏBƏR

MN: "Qoşunlarımız bütün istiqamətlərdə əməliyyat şəraitinə tam nəzarət edir"