Büstqaltersiz, kişi şalvarında podiuma çıxdı - FOTO

Büstqaltersiz, kişi şalvarında podiuma çıxdı -

Rusiyalı model İrina Şeyk “Schiaparelli” brendinin şousu zamanı açıq-saçıq geyimdə podiuma çıxıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müvafiq kadrlar İnstaqramda yayılıb.

Yayımlanan videoda 37 yaşlı model qara taytın üstünə geyindiyi ağ kişi alt şalvarında çıxış edib.

Bundan əlavə, ulduz qızıl qıfıl və zəncir şəklində çoxsaylı dekorativ elementlərlə bəzədilmiş qara iri ölçülü pencək geyinib. Eyni zamanda o, büstqalter taxmayıb.

Həmçinin Şeykin saçları boş və dartılıb, üzünə neytral çalarlarda makiyaj çəkilib. O, görünüşünü ağ, qırmızı və qara rəngli çanta, həmçinin hündürdaban ayaqqabılarla tamamlayıb.

Mənbə: lent.az