Sevincdən ağlımız çaşıb yüz min dəliynən gəlirik...

Sevincdən ağlımız çaşıb yüz min dəliynən gəlirik...

Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Ağdamın işğaldan azad olunması münasibətilə şeir yazıb. O, həmin şeirini “Qafqazinfo”ya göndərib.

Sözügedən şeiri oxuculara təqdim edirik:

“Sən öl”ü, “ sağ ol”u bəlli

yaranandan üzü bəri

yasında yasin oxunan

toyunda tüfəng atılan –

şəhərim!

Dünyanı bazara çıxaran

dünya bazarında satılan –

şəhərim!

Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən

bircə əsarətdən qorxan!

Ağ alınlı qızılı atların vətəni,

seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə

Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün,

son nəfərəcən şəhid oldun...

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb

yüz min dəliynən gəlirik.

Bir “Uzundərə” havası çal,

çıx Bərdə yoluna –

Uzundərəynən gəlirik!...

Mənbə: qafqazinfo.az