Günay Yelmarqızı: "Ağdam alınandan qəlbimi qırırlar"

Günay Yelmarqızı: "Ağdam alınandan qəlbimi qırırlar"

Mən ömrümdə bircə dəfə də müxtəlif bölgələrdən olan və Bakıda yaşayan həmkarımdan, dostumdan, tanışımdan soruşmamışam ki, sən niyə Bakıda yaşayırsan? Sənin ata-baba yurdun, doğuldugun rayon işğal altında deyil. Evin-eşiyin salmatdı, bəs niyə gəlib Bakıda yaşayırsan, işini, karyeranı burada qurmusan? Çünki, bu Vətənin hər yeri Vətəndir.

Biz Vətənimizin hansısa hissəində yad olmamalıyıq. Və mən regionçu deyiləm. Heç vaxt da olmamışam. Heç vax insanları bölgəyə ayırmamışam. Mənim üçün bir Vətən və azərbaycanlı anlayışı var. Doğulduğumuz torpaqlar da mənə görə hər birimiz üçün Vətənin başladığı yerdir. Deməli, torpaqlar azad olunandan soruşan yoxdu ki, təəssüratın nədir? bu illər ərzində nələrdən məhrum olmusan, necə yaşamısan? Ancaq hamı bir sual verir – Qayıdacaqsız? Təməlli qayıdacaqsız ya yox? 30 ildir qaçqınlıqla bağlı atmacalarla qəlbimizi qiriblar, indi də belə. Bir o qalıb desinlər ki, nə vaxt çemodanını yığıb gedirsən? Bu nə yanaşmadı axı?

Bakıda sıxlıq yaradan tək məcburi köçkünlər deyil ki. Bakıda sıxlıq yaradan bütün Azərbaycanın Bakıda yaşamasıdır. Bir imkan verin dövlət o torpaqları minalardan təmizləsin. İnfrastruktur yaratsın. Qayıdış planı hazırlasın. Ondan sonra soruşun da nolar ki? İnanın ki, şəxsən mənim 27 ildir Dərnəgüldə yataqxanada yaşayan atam-anam Ağdamdakı villamızda son günlərin yaşamaq istəyir. Mən öz şəhərimin inkişafı üçün əlimdən nə gəlsə etməyə hazıram. Eyni zamanda öz ölkəm üçün. Necə ki, bunu illərdir edirəm. Müxbir zəng vurur, Günay xanım biz sorğu keçiririk. Siz Ağdama qayıdacaqsız? Təməlli qayıdacaqsız? Başqa sual yoxdur ey ))) Ağdam alınandan ancaq sual budu ))) Həmkarların qəlbin qırmırsan cavab verirsən, amma əvəzində öz qəlbin qırılır bu yanaşmaya görə. Bəlkə mən yanlışam bilmirəm. Amma məncə hər şeyi öz vaxtında etsək yaxşıdır. İcazə verin dövlətimiz işin görsün. Sonra Qarabağdan olan vətəndaşı da üzərinə nə düşürsə onu edəcək. Özü də inanın ki, artqlaması ilə. Siz heç narahat olmayın.
SEVGİLƏRLƏ

Günay Yelmarqızı

Mənbə: konkret.az