Azərbaycanlı aktrisa koronavirusa yoluxdu: “Nəfəs almada çətinlik çəkirdim”

Azərbaycanlı aktrisa koronavirusa yoluxdu:  “Nəfəs almada çətinlik çəkirdim”

Aktrisa Şəhanə Yusufova koronavirusa yoluxub.

Açıqlama verən aktrisa bildirib ki, hazırda durumu yaxşıdır:

“8 gündür müalicə alıram. İlk günlər nəfəs almada çətinlik çəkirdim, amma çətin günlər geridə qaldı. Ətrafımda koronavirusa yoluxan yox idi. Görüşmədiyim tanışlarımın virusa yoluxduğunu eşidirdim. Özümü tam qoruyurdum, necə oldu virusa yoluxdum, bilmirəm. Hazırda özümü yaxşı hiss edirəm. Müalicəm ev şəraitində davam edir”.

 

Mənbə: moderator.az