Anam Cəbrayıl deyə-deyə dünyasını dəyişdi - Müğənni Zeynəb Həsəni

Anam Cəbrayıl deyə-deyə dünyasını dəyişdi - Müğənni Zeynəb Həsəni

“Müzəffər odumuzun qalibiyyətindən sonra o torpaqları, evimizi görmək mənə nəsib oldu.

Düzdü evmizin sadəcə divarları qalıb və divarlara toxunarkən keçirdiyim hissləri sözlə ifadə edə bilmrəm”

Bu fikirləri XeberOxu.Az-a Müğənni Zeynəb Həsəni deyib. O qeyd edib ki, 3 yaşında yaşadığı evi tərk etmək məcburiyyətində qalıb:

“27 il sonra o torpaqları görmək mənə nəsib oldu. Çox istiyərdim ki, anam da öz evimizi görsün. O tez-tez Cəbrayıl deyərdi. Əminəm ki, anamın artıq ruhu şaddır ki, torpaqlarımız alınıb”.

Müəğənni Zeynəb Həsəni xalqımızı ürəkdən təbrik etdiyini və sevincinin həddi-hüdudu olmadığını bildirdi.

Leyla Əşrəfli

Mənbə: www.xeberoxu.az