Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Azərbaycan əsgərinin qələbəsinə əsər həsr edib

Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Azərbaycan əsgərinin qələbəsinə əsər həsr edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, nüfuzlu sərgilərin iştirakçısı Mir Azər Abdullayev igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasına dair bir sıra əsərlər yaradıb.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, rəssamın bu mövzudakı son əsəri "Qalib” adlanır. O, kətan üzərində yağlı boya texnikası ilə çəkdiyi əsərini Azərbaycan əsgərinin qələbəsinə həsr edib.

Mənbə: aztehsil.com