"Sən mənim ürəyimin parçasısan..." - İbrahimlə sevgilisinin SƏMİMİ GÖRÜNTÜLƏRİ - VİDEO

"Sən mənim ürəyimin parçasısan..." - İbrahimlə sevgilisinin SƏMİMİ GÖRÜNTÜLƏRİ - VİDEO

Bu gün aktrisa Aydan Axundzadənin doğum günüdür.

BiG.AZ xəbər verir ki, bu münasibətlə aktryor İbrahim Çingiz sevgilisini sosial media hesabında təbrik edib. O, Aydanla səmimi görüntüləndiyi videonu paylaşaraq:

"Sənin haqqında çox yaza bilərəm. Ürəyimin parçasısan. Yaxşı ki, varımsan. Doğum günün mübarək, soyuqlarda gözlərimi isidən, çətinliklərdə yanımda olan doğma insan. Hər an, hər saniyə yanımda olasan. Mən də bunun üçün hər şey edəcəyəm. Sənə olan arzularım İnstaqrama sığmayacaq qədər çoxdur... Ad günün mübarək, ailəm!"

Qeyd edək ki, cütlük iki ilə yaxındır sevgi münasibəti yaşayır. Əməkdar artist Çingiz Əhmədovun oğlu olan İ.Çingiz "Vicdan haqqı" serialı ilə məşhurlaşıb. O, hazırda Rövşən İsaxın ekranlaşdırdığı "Yuxu kimi" serialında rol alır. A.Axundzadə isə bir çox verilişlərdə aparıcılıq edib, həmçinin, film və seriallarda oynayıb.

Mənbə: sonxeber.az