Gənc bəstəkar şəhidimizin ifasını belə əbədiləşdirdi - VİDEO

Gənc bəstəkar şəhidimizin ifasını belə əbədiləşdirdi - VİDEO

Parisdə yaşayan gənc azərbaycanlı pianoçu, caz ifaçısı və bəstəkar Etibar Əsədli, şəhid Xudayar Yusifzadənin döyüşdə olarkən oxuduğu mahnını pianoda canlı müşayiət edərək əbədiləşdirib.

Cebhe.info xəbər verir ki, bu barədə özünün "Facebook" hesabında paylaşım edən bəstəkar öz ürək sözlərini də əlavə edərək yazıb:

"Bütün şəhidlik zirvəsinə ucalan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Hər zaman sülh olsun, musiqi olsun! Bir daha müharibə olmasın!"

Əli Bədir

Mənbə: cebhe.info