Xanəndə yol üstədir

Xanəndə yol üstədir

İlkin Əhmədov indi də işğaldan azad edilən torpaqlarımıza tərəf yol alıb

Tanınmış xanəndə, Əməkdar artist İlkin Əhmədov İkinci Qarabağ müharibəsinin ilk günlərində cəbhəyə yola düşdü. O, əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq üçün əlindən gələni əsirgəmədən igidlərimizə dəstək olub.

İndi isə sənətkar işğaldan azad edilən torpaqlarımıza tərəf yol alıb.

“Şərq” xəbər verir ki, bu barədə o, rəsmi instaqram səhifəsində yazıb: “Yolumuz Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya və Şuşayadır. Düz 68 gün öncə bu şərəfli libası geyinərək, haqq savaşımızda iştirak etmək üçün yola çıxdım. İndi isə hər daşında, qayasında Azərbaycan bayrağı dalğalanan, cəsur əsgərlərimizin qələbə sevinci yaşadığı, azadlığına qovuşan müqəddəs torpaqlarımıza gedirəm. Uca Tanrı xalqımızı və ordumuzu qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Vətənini, elini sevən və bu əzmkar, dəyanətli, qeyrətli xalqın sevgisini qazanan cənab Prezidentimizi hifz eləsin”.

Mənbə: sherg.az