Elman Rəfiyev: “Pandemiya aktyorlar üçün sınaq dövrü oldu”

Onunla hər söhbətimizdə qeyd edir ki, qələm əhli rejissor kimidir. Deyir ki, siz rejissor biz isə aktyorlarıq. Sizin bizi oxuyucuya necə təqdim edcəyiniz, yaxşı rejissor olub olmadığınızın bir işarəsidir.

O, müsbət emosiyası, enerjisi isə insanın aurasını dəyişməyi bacarır. Hər nə qədər Azərbaycan Dövlət Pantomima Teatrının direkoru olsa da hər zaman qeyd edir ki, “Məni direktor kimi deyil, aktyor kimi qeyd edin”. İnsanın hardan gəldiyi, çatdığı zirvəyə onu nəyin gətirdiyini bilməsi sevilən xüsusiyyətdir. Müsahibim Əməkdar Artist Elman Rəfiyev kimi.

Moderator.az-ın qonağı olan aktyorla tarixi qələbəmizdən və 6 aydır fəaliyyətsiz qalan teatrlarımızdan danışdıq.

- Elman müəllim, sizcə 30 ildən sonra Qarabağda əldə etdiyimiz qələbə bizim mədəniyyətimizə necə təsir edəcək? Bu tarixi qələbədən sonra teatrlarımızda qələbə ruhlu tamaşaların hazırlanmasına ehtiyac varmı?

- Hazırda bu sual müzakirə edilən, düşünülən ən aktual mövzulardan biridir. Qarabağın işğaldan azad edilməsi və o torpaqlarda həyatın, mədəniyyətin yenidən bərpası düşünülən əsas amillərdəndir. Bu günkü günlərdə işğaldan azad olunmuş torplaqlarda həyat başladıqdan sonra insanların həmin torpaqlara geri dönüşü, yenidən həyata qayıtması üçün mədəniyyət ocaqlarının yenidən güclü şəkildə fəaliyyəti mütləq surətdə baş tutmalıdır. Yurduna qayıdan insanlar 30 il şəhər mühitində yaşayıblar. Paytaxtda və paytaxtdan kənarda yaşayanlar da tamaşalarımızı izləyib və tamaşaçımıza çevriliblər. İstər istəməz onlarda paytaxt tamaşalarını seyr etmək istəyi yaranacaq. Bu məsələlərə də diqqət yetirilməlidir.

Qələbə ruhlu tamaşaların hazırlanması prosesinə gəldikdə isə, nəinki tamaşalar qələbə ruhlu filmlər, musiqilər, sənədli filmlərin hazırlanması vacibdir. Yeni nəsil artıq qələbə dövrünün gəncləridir. Onlar bu mahnılarla, torpağımızın yetişdirdiyi oğulların hekayələrini dinləyərək böyüməli, həmin filmləri izləyərək məğrur yetişməlidirlər. Belə olduda isə onların beyinlərinin alt qatına təhtəlşürüna yeriməldir ki, Qarabağ əzəldən Azərbaycana məxsus olub və bu torpaqlar bizim igidlərimizin qanı, canı bahasına, Ali Baş Komadnımızın strateji siyasəti nəticəsində düşmən işğalından azad edilib. Qarabağda həyat davam etməsi üçün hər bir vətəndaş öhdəsində düşən işi layiqincə yerinə yetirməlidir.

- Necə hesab edirsiniz paytaxtda fəaliyyət göstərən məcburi köçkün teatrlarımızın öz torpalarında teatr binaların bərpası gözlənilirmi? Bilirsiniz ki, erməni vandalları bu torpaqlarda mədəniyyət abidələrimizi, teatrlarımızı, yaşayış binalarımızı məhv ediblər.

- Bizim əzəldən Qarabağda müxtəlif tetarlarımız faəliyyət göstərib. İşğaldan azad olunmuş torpaqlaqrda həyat bərpa edildikdən sonra həmin teatr binalarının da bərpası olmalıdır. Bir dövlətin əsas meyarından biri onun mədəniyyəti, idmanı, iqtisadiyyatı və siyasətidir. Mədəniyyət isə bir dövlətin təqdimatı üçün vacib ünsürdür. Bu səbəbdən teatrlarımız fəaliyyətini öz torpaqlarında davam etdirməlidir. Paytaxtda olan bütün teatrlar həmin teatrlara dəstək olmalıdır. Köçkün teatrlara dəstək olan siyahıda ön sıralarda isə özümü görürəm. Qaçqın teatrlardan bu istiqmətdə hər hansı təklif gəlsə onu qəbul etməyə hazıram. Bu gün məcburi köçkün teatrlara mənəvi dəstək olmalıyıq. Paytax teatrları vaxtaşırı ora gedib tamaşalar nümayiş etdirməli, qastrollar təşkil etməlidir ki, orada yaşayan vətəndaşlarımız özlərini paytaxtda hiss etsinlər. Onlar burda olduğu müddətdə o tamaşalara baxıb, paytaxt tamaşalarının tamaşaçılarına çevriliblər. Torpaqlarına geri döndükdəndən sonra yenə tamaşalarımıza baxmaq istəyəcəklər.

- II Qarabağ müharibəsindəki qələbədən sonra sizcə Azərbaycan mədəniyyəti yeni mərhələyə qədəm qoymalıdırmı?

- Əlbəttə. Ali Baş Komandanımız da çıxışında bildirdi ki, işğaldan azad olunan torpaqlarda hər şey yenidən qurulacaq. Bu torpaqlara yeni bir nəfəs gələcək. Eləcə də mədəniyyətimiz yeni bir nəfəslə işə başlamalıdır. İşə başlamalıdır ki, bundan sonra gələn nəsil özünün ordakı varlığını, kökünü, əzmətini hiss etsin. II Qarabağ döyüşlərində əldə etdiyimiz qələbə sizə heç də adi gəlməsin. Bu tarixi, böyük bir qələbədir. Döyüş meydanında yaşanan hadisələri ürək ağrısı, sevinc, fəxarət hissi ilə izləyirdim. Bu qələbə bizə heç də asan başa gəlmədi. Uzun müddət sülh yolu ilə torpaqlarımızı əldə etmək istədik, ancaq düşmən bu dili anlamadı. Torpaqlarımızı müharibə yolu ilə azad etdik. Burda dünyasını dəyişən oğullarımız oldu. Allahdan şəhidlərimizə rəhmət, onların valideynlərinə səbr diləyirəm. Onların qəhrəmanlığı hesabına Qarabağ yenidən sahibinə qaytarıldı. Hər nə qədər orda erməni vandalları dağıntı işləri aparsa da, biz bu torpaqları dirçəldəcəyik. Burda yeni bir həyatın qurulması üçün hər birimiz əlimizdən gələni etməliyik. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycan olması üçün bizim bütün mədəniyyət işçilərimiz, idmançılarımız, siyasətçilərimiz və bütün xalqımız bir olmalıyıq. Necə ki, II Qarabağ müharibəsində bir olduq. “Biz birlikdə güclüyük” şüarı ilə buna nail olduq. Bundan sonra birlikdə güclü olub, xariqələr yaradacağıq və bütün dünya bunun şahidi olacaq.

- Sizcə bu 30 ildə paytaxta öyrəşmiş, alışmış incəsənət nümayəndələri işğaldan azad olunan torpaqlarda yaşaya biləcəkmi?

- Əgər bir insan sevdiyi sənəti ilə məşğuldursa, çalışdığı yaradıcı ocağın yerləşməsindən asılı olmayaraq o məkana sevərək gedəcək. Hazırda onlar məcburi səbəbdən paytaxta fəaliyyət göstərirlər. Hesab edirəm ki, sənətini yurdunu sevən insan öz torpaqlarına geri qayıdacaq. Onu da nəzərinizə çatdırım ki, bu siyahı heç də az deyil. Ağdam, Füzuli, Şuşa, İrəvan teatrlarında çalışan dostlarım sevə-sevə geri qayıtmağa hazırdırlar.

- Dünyada yaranan pandemiyadan dolayı 6 aydır teatrlar fəaliyyət göstərmir. Bir müddət çalışmayan aktyor bədəni əvvəlki enerjisini və işlək gücünü itirdiyi halda onu yenidən bərpa etmək mümkündürmü?

- İnsan sevdiyi sənətin kamil sənətçisidirsə o heç vaxt paslana bilməz. Əgər aktyor işləmirsə bu o demək deyil ki, evdə oturub paslanır. Sənət sahibi heç vaxt boş qalmaz. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları pandemiya dövründə boş bekar qalmadılar. Onlar davamlı olaraq öz üzərlərində çalışdılar Mən məktəblilərlə onlayn görüş keçirdim. Onlara Azərbaycan kinosunun, mədəniyyətinin, teeatrının dünənindən bugünündən danışdım. Döyüşlər gedən ərəfədə sosial cəbhədə mübarizə apardıq. Bundan başqa milli, vətənpərvərlik ruhunda şeirlər səsləndirir, paylaşımlar edirdim. Avto FM radisou tərəfindən bu şeirləri radioda səsləndirmək təklifi aldım. Orada da milli ruhda şeirləri sevərək səsləndirdim. Mənim üçün qürurverici hiss idi ki, insanlar milli ruhda olan şeirlərimi dinləyirdi. Bundan başqa teatrımızın aktyorları milli ruhda çarxlar çəkdilər. Teatr aktyoru olan insan o demək deyil k, iş yoxdursa evdə heç nə etmədən oturmalıdır. Əgər sənətimizi seviriksə və bütün çətinlikləri nəzərə alıb bu sənətə gəlmişiksə üzərimizdə daima çalışmalıyıq. Bu müddət ərzində “tamaşa yoxdursa özümə başqa sənət tapım” deyənlər də oldu. Pandemiya aktyorlar üçün sınaq dövrü oldu. Panemiya bitdikdən sonra o sınaqdan kimlərin keçəcəyini də görəcəyik. Sənətini sevən, sənətinin vurğunu olanlarlar bu sənətdə qalacaqlar. Anlaşılandır ki, tamaşa yoxdur və yaradıcı insan üçün bu çətindir. Amam dövlət teatrlarında bütün personal işçiləri bu müddət ərzində maaşlarını aldı.

Evdə torumaq o demək ki, biz sənətdən uzaq qaldılar. Şəxsən mən sənətdən bir addım belə uzaq qalmadım. Koronavirus mənim başqa tərəfimi üzə çıxartdı. İnsan hər şeyi bacarır, sadəcə onu üzə çıxarmaq lazımdır. İndi həyatımda ikinci mərhələ başlayır.

Xəyalə Rəis

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Xanəndə yol üstədir

SONRAKI XƏBƏR

Azərbaycanda zəlzələ oldu