"Bu şeiri tapdıqdan sonra məzarının bir hissəsinə yazdırdıq" - Nigar Sabirqızı

"Bu şeiri tapdıqdan sonra məzarının bir hissəsinə yazdırdıq" - Nigar Sabirqızı

Kəlbəcərdən olan məşhur aparıcı Nigar Sabirqızı sosial şəbəkə hesabında atası ilə bağlı kövrək paylaşım edib.

Axeber.az həmin paylaşımı təqdim edir:

" Könül vətən sоrağında
Yaş arx açıb yanağımda
Basdır yоllar qırağında
Çinar kimi bitir məni
Kəlbəcərə yetir məni.

Bu, atamın 2002-ci ilde yazdığı şeirdən bir bənddir. Təəssüf ki, sağlığında şad xəbəri ala bilmədi. Biz onu arzuladığı Kəlbəcərdə dəfn edə bilməsək də , özümüz də bilmədən yollar qırağında dəfn etdik. Bu şeiri onun ölümündən sonra tapdıq. Həyata bax ki, bizə belə vəsiyyet eləməsə də, onun arzusunu bilmədən yerinə yetirmişik. Məzarı doğrudan da yola yaxındır. Bu şeiri tapdıqdan sonra isə məzarının bir hissəsinə yazdırdıq."

Mənbə: axeber.az