Məşhur cütlüyün ikinci uşağı olacaq - FOTO

Məşhur cütlüyün ikinci uşağı olacaq - FOTO

Bir oğlan uşaqları olan Almeda Abazi və Tolgahan Sayışman cütlüyünün ikinci övladları dünyaya gələcək.

BiG.AZ haberler.com-a istinadən xəbər verir ki, bu barədə onlar "İnstagram" səhifələrində paylaşım ediblər.

Aktyor Tolgahan Sayışman paylaşdığı şəkildə əlini xanımının qarnına qoyub, şərh bölməsində isə bu sözləri yazıb:

"Ən böyük hədiyyə, ən xoşbəxt an! Bundan xoşbəxt ola bilmərəm".

Almeda Abazi isə eyni fotonu öz səhifəsində paylaşaraq "İki nömrəli uşaq... yüklənir... Səninlə görüşməyi səbirsizliklə gözləyirik, balaca" sözlərini yazıb.

Qeyd edək ki, 2017-ci ildə Los Ancelesdə ailə quran cütlüyün ilk oğlu Efehan ötən ilin may ayında dünyaya gəlib.



 

Mənbə: sonxeber.az