Aybəniz Haşımova bu uşaqdan yazıb ÇAĞIRIŞ ETDİ - FOTO

Aybəniz Haşımova bu uşaqdan yazıb ÇAĞIRIŞ ETDİ - FOTO

Əməkdar artist Aybəniz Haşımova "İnstagram" səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib.

BiG.AZ müğənninin çağırış dolu paylaşımını təqdim edir:

"Əziz dostlar, yaqin ki, yanımdakı bu gözəl balanı tanıyırsız. Rəhbəri olduğum "Sənətkar Akademiyası"ndan İnci balamdır.

Bir az öncə ailəsindən aldığım xəbərə görə, İncinin nənəsi və babası koronavirusdan dünyasını dəyişiblər. Koronavirus onların ölümünə səbəb oldu .Bu, dəhşətdir, çox üzüldüm, hər ikisi cavan idi.

Bütün ailəsinə Allah səbir versin!

Nənə, babaya Allah rəhmət etsin.

Çox ağır dərddir, amma təəssüf ki, əlimizdən başqa heç nə gəlmir.

Xahiş edirəm, dostlar, özünüzü qoruyun. Sitarə xanımın dediyinə görə, qohumlarının yarıdan çoxu koronovirusa yoluxub.

Rica edirəm, heç kəsə maskasız yaxın getməyin, birtəhər özünüzü qoruyun!"



 

Mənbə: sonxeber.az