Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi...

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi...

Kəlbəcərdeyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngizbir adam gəlir.

Şairadam.

ŞücaətKəlbəcərli.

Əslində,şairlər özlərinə doğulduğu yerlərin adını götürəndə, bir az qıcıq oluram. Bunundar təfəkkürün, mənasızlığın göstəricisi olduğunu düşünürəm. Amma nədənsə, ŞüacətKəlbəcərli tək istisnamdır. Bəlkə də, Şücaəti oxumasam, Kəlbəcəri sevməzdim.Şücaəti bu təxəllüsdən başqa bir adda təsəvvür də etmirəm. Çünki o, Kəlbəcərinözüdür.

İndi şeirləridillər əzbəri, məclislər bəzəyi olan, şair kimi şair ömrü sürən Şücaət də nəxoş olardı ki, bu günləri görsün, son dəfə vurğunu olduğu, təxəllüs götürdüyü,doğulub böyüdüyü o torpaqlara gedə bilsin. Amma əfsus ki, əzrayıl bu məsələdəşair, yazıçı, müğənni bir sözlə, kimliyindən asılı olmayaraq heç kimi tanımır,heç kimə güzəştə getmir.

MəhəbbətKazımova getdimi?! Getmədi! Qədir Rüstəmova getdimi?! Getmədi! Şücaətə də getməzdi,getmədi!

Əslində,Şücaəti şair kimi sevməyimin ən böyük səbəbi onun təbiəti, xarakterdir. Nədənsə,şairi daha çox onun kimi görürəm. Mərdliyi, cəsarəti, qorxmazlığı yerində olan,mərdi-mərdanə Kəlbəcər şairi Şücaət kimi.

Hansıki, gəncliyi də xarakterinə görə başıbəlalı keçmişdi.

Özüdemiş:

 

Bəlalıbaşımın qalmaqalıyla,

Həryerdə, hamıdan seçilmişəm mən.

Zəhərdənacıdır bəxtim, taleyim,

Pisgünün boyuna biçilmişəm mən.

 

Pisgünün ömrü az olarmış. Amma bizim bu pis günlər illər apardı. Bir az çox oldu,o yaxşı adamlar, yaxşı şeirlər yazıb getdilər.

Kəlbəcərsizömür sürmək az imiş kimi, bu ömrün 8 ilini də məhbəsdə keçirmişdi. Elə öztorpağında, hələ univeristetdə oxuyarkən Kəlbəcərdə vurduğu mağaza müdirinə görəhəbs olunmuşdu. Geriyə nə qaldı? Oxumamış deyilsiniz o məhşur və məşum şeiri:

 

Deyin,dustaqları buraxacaqlar,

qoy qəmbozartmasın üzün anamın.

Deyin,qırılacaq zülmün zənciri,

birtəhərbaşını yozun anamın.

 

Zəhərgizlənibmiş aşımın altda,

Bir dəryavar imiş qaşımın altda…

Yastıqdaşa dönür başımın altda,

Burdahardan alım dizin anamın?

 

Taleyişil-şikəst, fikri sağ oldum,

Sevincibir zərrə, dərdi dağ oldum.

Gah əsir,gah xəstə, gah dustaq oldum,

Qoymadımquruya gözün anamın.

 

Talanmışömürdü, gündü, neyləyim,

Baxtımınçırağı söndü neyləyim.

Sevincifəğana döndü, neyləyim,

Söhbətinəğmədən həzin anamın.

 

Sücaət,etdilər talan ömrümü,

Korolsun daşlara çalan ömrümü.

Talanantalanıb, qalan ömrümü

Ömrününüstünə yazın anamın.

 

Olanlarlabarışmayan, haqsız həbslərə etiraz edən Dəlidağlı Şücaət...

 

Taladılar,alovlara çatdılar,

Gözümkimi saxladığım illəri!

Xoşbəxtlikdənbulaq kimi durulub,

Tərtərkimi çağladığım illəri!

 

Bəli.Məhz şair taleyi, şair Şücaətin taleyi bu şeirlərdə yatır həm də.

 

Anasınındizini tapıb başının altına qoya bilməyən Şüacətin taleyi də şil-küt oldu. Dediyikimi, əsir də oldu, məhbus da oldu, xəstə də oldu, hələ azmış kimi, gəldi bu xəstəlikdənəbədiyyət də oldu. Getdi o xəstəliklə...

 

Bütünbu məsələlərin fonunda isə qazanan ədəbiyyatdır, qazanan bizlərik. Kimisi budünyada Şücaəti yaxından tanımaqla, kimisionları oxuyub ruhlarını diri tutmaqla.

 

İndikönül istərdi ki, o gözəlim sənətkarların hər biri sağ olaydı, oturaydıq, içəydikbir yerdə, "Laçınım” səslənəydi, "Sona Bülbüllər”i dinəydi, Şücaətin şeirləriağrıdardı.

 

Hərsözü hər misrası nəğmə Şücaət. Kəlbəcərin alınmasından sonra bir daha təkrarənqayıdıb oxudum. Tez-tez oxusam da, bu dəfə sanki oxumaqla xəbər verirəmmiş kimioldum. Doldum, şairim, doldum. Oxudum bu şeiri, doldum.

 

"Gedənlərianda verib yolundan,

Saxlayıram,yatmıram ki, gecələr.

Düz altmışmin göz-göz olan yaranı,

Bağlayıram,yatmıram ki, gecələr.

 

Yurd-yuvamızviran olub talanıb,

Bulaqlarınnəğməsi də bulanıb.

Addım-addımo dağları dolanıb,

Yoxlayıram,yatmıram ki, gecələr.

 

Çoxyanmışam olmamışam belə mən,

Dərd çəkməyəyaranmışam elə mən.

Gahdönürəm aşıb-daşan selə mən,

Çağlayıram,yatmıram ki, gecələr.

 

Sonrao biri şeirlərini də oxudum. Yəqin, məni eşitdin. Kəlbəcərə yazdığın o ağrılımisraları oxuyanda elə bilirəm, sən də ora gedəcəksən, birgə qayıdacağıq yurda.Kəlbəcər qayıtmaqla bəzi şeirlər aktuallığını itirsə də, ağrısı hələ də qalır,qalacaq.

 

Yenə əvvəlkitək bahar gələndə

Bənövşəyollara çıxırmı görən?

Yenəsürünürmü duman dağlara,

Yenəildırımlar çaxırmı görən?

 

Darıxma,tələsmə canım, yavaş keç,

Yüz rəngvar, hansını seçirsənsə seç,

Yenəgöyqurşağı nazlanırmı heç,

Yenəgözlərini sızırmı görən?

 

Könlümdəhəsrətdən qurulub saray,

Belə dəayrılıq olar, ay haray,

Millininüstündən bədirlənmiş ay,

Bizimaynəbəndə baxırmı görən?

 

Soyuyanocaqlar, sönən ocaqlar,

Birbuz parçasına dönən ocaqlar,

İndiyuxularda yanan ocaqlar,

Hamınıyandırıb, yaxırmı görən?

 

Vətənindərdini, çölün dərdini,

Çiçəyindərdini, gülün dərdini,

Buqaçqın, didərgin elin dərdini,

Satqınlargözünə soxurmu görən?

 

Ordaqaldı eyş-işrət də, nəşə də,

Qəlbimkimi ciliklənməz şüşə də,

Şapılarınüstündəki meşədə

Sücaətbulağı axırmı görən?

 

Eləbilirəm, bu şeirinin cavabını özün alacaqsan, doğma şair. Özün öz gözünlə görəcəksənsoruşduqlarını.

 

Əfsus,ay şair, səd-əfsus.

 

Yaşayarkəndə, ölərkən də xalqın adsız xalq şairi olmağı bacarmaq da mənə elə gəlir hərşairə qismət olmur. Məhz bu xalq, Şücaət şeirlərini sevənlər onu adsız da özlərinin,ellərin şairi bilirlər, bildilər.

 

"Mənimmuzeyim də, mətbuatım da

Elinürəyidir, el də bəsimdi".

 

MəhzŞücaət idi bu xalqın içində olan, özümüz olan. Sözü ilə də, özü ilə də. Ruhən də,cismən də. Başqalarına olan ədalətsizliklərə də göz yummayan xalq şairi.

 

Yaxşıyaman bilən gündən,

Elin səsisəsim olub.

Birihaqsız döyüləndə,

Qəlbiməsim-əsim olub.

 

Dodaqlardanatılan ox,

Sücaətədəyibdi çox,

Dağlardakıduman, çən yox,

Mənimtüstüm, hisim olub!

 

Həəəə.Nə etməli?

 

Şücaət,neyləyək baxt belə baxtdı.

Darıxma,hər şeyi həll edən vaxtdı

Birgün gülə-gülə qayıdacaqdır

Ağlaya-ağlayaköçən Kəlbəcər.

 

Belə,gözəl şair, mərd şair. Qayıtdı. Gülə-gülə qayıtdı. Necə istəyirdin, necədemişdin, elə qayıtdı. Heyif ki, sən qayıda bilməyəcəksən. Bir də bu dünyayaŞücaət çətin gələ. Ruhun şad olsun, Kəlbəcərli Şücaət. Yaxşı ki, bu dünyadan gəlibkeçdin. Rahat uyu!

 

Orxan Saffari

 

Mənbə: qaynarinfo.az