"Gözlərimin dərinliyində hər zaman bir kədər olub, heç kim ağlamağımı görməyib" FOTO

"Gözlərimin dərinliyində hər zaman bir kədər olub, heç kim ağlamağımı görməyib"  FOTO

Aktyor Elcan Rəsulov uşaqlıq fotosunu sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, aktyor paylaşımına bu sözləri qeyd edib: "Mən elə indi də bu şəkildəki uşağın ürəyinə sahib biriyəm. Həmişə hamıya inanmışam. Hər şeyin yaxşı olacağına ümid etmişəm. Həmişə fikirləşmişəm ki, hamı yaxşı insandır. Kimsə pislik edəndə təəccüblənmişəm.

Həmişə kitaba, elmə, savada, dinə, dünyagörüşünə, sənətə böyük marağım olub. Uşaq yaşlarından zarafatcıl olsam da, gözlərimin dərinliyində hər zaman bir kədər olub. Amma heç kim mənim ağlamağımı görməyib. Gülmək və güldürmək, inkişaf etmək istəmişəm. İnkişafdan dayanan yerdən həmişə uzaqlaşmışam. O ətrafdan uzaq durmağa çalışmışam.

Nə qərar verməyimdən asılı olmayaraq həmişə dua etmişəm ki, Allah öz bildiyini mənə qismət etsin. Bu gün də ümid edirəm ki, hər şey yaxşı olacaq. Bizi daha yaxşı günlər qabaqda gözləyir. Sadəcə, gözləyək görək o günlərə kimlərlə birlikdə gedəcəyik".

 

 

 

Mənbə: sia.az