Toppuş bacı”nın ağ ciyərində şiş tapılıb? – İddialara cavab

Toppuş bacı”nın ağ ciyərində şiş tapılıb? – İddialara cavab

Bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan aktrisa Tünzalə Əliyevanın yenidən vəziyyətinin pisləşdiyi xəbərləri yayılıb. Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artistin ağ ciyərində şiş tapıldığı iddia olunur.

"Sherg.az"ın məlumatına görə bu barədə aktrisanın özü açıqlama verib. O İnstaqram səhifəsində bunları yazıb:

"Əzizlərim, mənim üçün narahat olan insanlar, səhhətimlə bağlı verdiyim müsahibəyə görə zəng edirsiniz, mənə yazırsınız. Lakin bildirmək istəyirəm ki, o müsahibə müharibədən öncə verilib.

Mövcud vəziyyətə görə indi paylaşılıb. Artıq kimya terapiyalarımı almışam.

 

Milli onkologiyada təmannasız olaraq. Dekabrın birində çıxacaq cavablarımı sizinlə bölüşəcəm".

Mənbə: sherg.az