"Şuşanın Dağları" Şuşanın dağlarında səsləndi

"Şuşanın Dağları" Şuşanın dağlarında səsləndi

Tanınmış müğənni, xalq artisti Zülfiyyə Xanbabayeva Şuşadan video paylaşıb. İşğaldan azad edilən Şuşada hərbçilərimiz müğəninin ifasında "Şuşanın dağları" mahnısını dinləyiblər.

"Sherg.az" xəbər verir ki, sənətçi həmin görüntüləri paylaşaraq bu sözləri yazıb:

"Nəhayət ki, illərdir ifa etdiyim "Şuşanın Dağları" Şuşanın dağlarında səsləndi. Əziz, qəhrəman hərbçi, qardaşımız Elvin nəğməli Şuşamızdan göndərdiyiniz müqəddəs bayrağımız mənə çatdı.

Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm. Allah başda Ali Baş Komandanımız olmaqla, müzəffər ordumuzu qorusun. İnşallah Şuşada görüşənədək".

Mənbə: sherg.az