Hərbidən şəhidliyə gedən yol (VİDEO)

Hərbidən şəhidliyə gedən yol (VİDEO)

Bu, Şuşa döyüşlərində qəhrəmanlıqla vuruşan Şəhid Emil Əhmədovun övladıdır. Tofiq balaca ürəyi ilə atasının vətəninə torpağına bağlılığını həmişə hiss edib, atası ilə qürur duyub.

“Atam mənim qəhrəmanımdır” deyən bu balaca bildirdi ki, 37 yaşı tamam olan atam budəfəki ad gününü bizimlə qeyd edə bilmədi. Vətəni bizdən üstün tutdu. Bəli, belə olmasaydı, ömrünün 17 ilini hərbiyə qurban verməzdi. Əslən Zəngilandan olan şəhidimiz ölümündən əvvəl ən böyük arzusuna çatıb.

Döğma Zəngilanın müdafiəsinə qalxaraq onu düşmən tapdağından azad edib. Sonra da ailəsinə, qohumlarına zəng edərək şad xəbər verib onlara.

Əmisi Əli Əhmədov deyir ki, atasından bir xəbərin olmaması Emilin çiyinlərində yükə çevrilmişdir. Atasının qisasının alınacağı günü gözləyirdi həmişə.

Bəli, şəhid Emil Əhmədovun atası da hərbçi olub. Bahadur Əhmədov 1993-cü ildə Zəngilan işğal olunanda doğma yurd yuvasını geri almaq üçün mücadilə verib, döyüşüb. Sonra da əsir düşüb. Düz 27 ildir ki, nə öldüsündən, nə də qaldısından xəbər yoxdur.

“Biz Emil kimi oğulları Vətən üçün yetişdiririk” deyən şəhid anası bildirdi ki, artıq oğlunun qanı yerdə qalmadı. Qisası da alındı, doğma Zəngilanına da qovuşdu. Zəngilanı qazanıb əvəzində Emili itirən Esmira xanım mərd, qəhrəman oğlu ilə fəxr edir. Çünki belə oğullar bizim şərəfli tariximizin qəhrəmanlarıdır.

 

Mənbə: www.realtv.az