“Gizlətməyin, bu, xəstəlikdir, pozğunluq deyil”

Xalq artisti Röya Ayxan koronavirusa yoluxan dostlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi ətrafında olan insanlarda “COVID-19” aşkarlansa da, bunu gizlətdiklərini bildirib:

“Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər”.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu (VİDEO)

SONRAKI XƏBƏR

Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib