“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”

“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”

“Çalışdığım Gəncə Dövlət Dram teatrı ilə bərabər 1982-ci ildə Xankəndi şəhərinə qastrol səfərinə getmişdik. “Yad qızı” tamaşasını oynayırdıq orada. Teatr o bölgədə hardasa 1 həftədən çox qastrol səfərində oldu. Tamaşanı Xankəndinin mərkəzində böyük bir mədəniyyət evində nümayiş etdirirdik. İki gün də həmin bu tamaşanı Şuşada oynadıq. O yerlərin füsunkar gözəlliyi var idi, insanları istiqanlı idi. Tamaşadan çıxandan sonra sənətsevər insanlar bizlə görüşürdü, o vaxt heç kimin şəkil çəkən telefonu yox idi ki, şəkil çəkdirsin, amma çox xoş sözlər deyirdilər bizə. Çox istəyirəm ki, yenə də Şuşaya gedək, tamaşa oynayaq və o sevgini, o alqışları eşidək”

Bu sözləri Moderator.Az-a Gəncə Dövlət Dram teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanova danışıb. Aktrisa qələbə sevincini böyük həyəcanla yaşadığını bildirib.

“Allahın bu gününə çox şükür ki, 30 ilə yaxındır ki, bizdə olmayan torpaqlarımız azad olundu. Cənab prezident Şuşanın alınması xəbərini xalqa çatdıranda elə sevindim ki.. Bu yaşa çatmışam mənə elə gəlir ki, həyatımda bu qədər sevinməmişdim. Bunun üçün birinci növbədə cənab prezidentimizə, ordumuza, igid əsgərlərimizə, qazilərimizə və şəhidlərimizə minnətdarıq. Vətən uğrunda canını fəda edən şəhidlərimizin hər birinin ruhu indi şaddır” deyə xalq artisti bildirib.

Əli Novruzəliyev

Mənbə: moderator.az