“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”

“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”

"Nə yazırdıqsa, yarımçıq idik, indi isə bütöv şəkildə yazırıq, sanki içimizdə bir bütövlük hiss edirik"

“Bu günə qədər bizim dövlətimizin əleyhinə çıxan qüvvələrə qarşı ən çox yazanlar, ruh daşıyıcıları şairlər olublar”

Bunu Moderator.az-a açıqlamasında şair Əjdər Ol deyib. Ə.Ol bundan sonrakı ədəbiyyat nümunələrində qürur, əzəmət, təntənə hiss olunduğunu bildirib:

“Əslində ən çətin dövrlərdə şairlər, yazıçılar bir sözlə, qələm adamları öz şeir və yazılarında xalqın ruhunu yaşadırlar. Bu günə qədər bizim dövlətimizin əleyhinə çıxan qüvvələrə qarşı ən çox yazanlar, ruh daşıyıcıları şairlər olublar. Amma indi təbii ki, qələbə dövrünün şeirlərində daha da böyük təntənə, özünəinam, qürur, əzəmət, mənlik hissinin yüksək olması, şərəf hiss olunur. Yəni bütün o insani keyfiyyətlər artıq şeirə gəlir və milli qürur hissini ifadə edir. İndi bu şeirlər artıq başqa cürdür. Biz nail olmaq istədiyimizə nail olduq, amma bundan sonra bizim mənəviyyatımızı inkişaf etdirmək üçün yazılar yazılacaq. Hər halda nə yazırdıqsa, yarımçıq idik, indi isə bütöv şəkildə yazırıq. Sanki içimizdə bir bütövlük hiss edirik. Mən də bu müharibə ərəfəsində ruhları yüksəldən, vuruşqan bir hala salan 4-5 şeir çap etdirdim. Hər halda yazıçı da öz köməyini belə etməlidir”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az