Şahzadə Diananın toyunda geyindiyi gəlinliyin eksizlərinin hərracı təşkil ediləcək.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, kral ailəsi üçün geyimlər hazırlayan modelyer və dizayner Elizabet Emanuyelin çəkdiyi 8 nadir eskiz auksina çıxarılacaq.
Onlar arasında 7-si Şahzadə Dianaya məxsus gəlinlik eskizidir. Mütəxəssislər onun hər birinin 1000 funt-sterlinqdən baha satılacağını ehtimal edirlər. Hərrac dekabrın 8-də, Böyük Britaniyanın "Kerri Teylor" moda evində keçiriləcək.
Mənbə: news.milli.az