Aygün Brilliantı paylaşıb "Allah rəhmət eləsin" yazdı - VİDEO

Aygün Brilliantı paylaşıb "Allah rəhmət eləsin" yazdı - VİDEO

Xalq artisti Aygün Kazımova illərdir küsülü olduğu Brilliant Dadaşova barədə paylaşım edib.

Sonxeber.az MediaPost-a istinadən xəbər verir ki, o, İnstaqram "Story"də Xalq artistinin "Hər şey gözəldir həyatda" adlı ifasının yeni klipindən görüntülər paylaşıb.

A.Kazımova videoya "Allah rəhmət eləsin" sözlərini yazıb. Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Bir qisim sosial media istifadəçisi Kazımovanın bu sözləri Dadaşovanı nəzərdə tutaraq yazdığını bildirib.

Lakin məlum olub ki, sözügedən mahnının ikinci dəfə ifa olunmasının səbəbi bəstəkar bir xanımdır. O, bir müddət öncə dünyasını dəyişib. A.Kazımova da həmin qadını nəzərdə tutaraq "Allah rəhmət eləsin" sözlərini yazıb.

Mənbə: sonxeber.az