Polina Qaqarina boşanır

Polina Qaqarina boşanır

Müğənni Polina Qaqarina boşanmaq üçün rəsmi olaraq məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bir müddət əvvəl fotoqraf həyat yoldaşı Dmitri isakovla ayrıldığını açıqlamışdı.

Qaqarina 3 yaşlı qızının onda qalmasını tələb edib. O, eyni zamanda mülklərində yarıya bölünməsini istəyib.

Qeyd edək ki, cütlüyün ayrılma xəbəri mayda yayılmışdı. Onlar evlərini ayırsa da, hələ məhkəməyə müraciət etməmişdi. Qaqarina və Dmitri 6 ildir evlidir.

Mənbə: news.milli.az