"Mənə sui-qəsd etmişdilər"

"Mənə sui-qəsd etmişdilər"

Modelyer İvana Sert Türkiyəyə ilk gəldiyi günlərdə başına gələn hadisəni danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, eyni evdə qaldığı model qızların ona sui-qəsd etdiyini açıqlayıb.

"Türkiyəyə ilk gələndə hava limanında çemodanım itdi. Əynimdəki paltardan başqa libasım qalmamışdı. Türkiyədə mənə kömək etdilər. Amma bizim aləmdə paxıllıq danılmazdır. İlk gələndə 10 qızla ikiotaqlı evdə qalırdım. Çox iş sifarişi alırdım, bütün günü dəvətlər olurdu. Məni qısqanırdılar. Hətta şampunuma maddə tökmüşdülər ki, saçlarım tökülsün" deyə, İvana bildirib.

Mənbə: news.milli.az