Sumqayıtda fəaliyyət göstərən "Rövşən" ritm qrupu Azərbaycanı ritm festivalında təmsil edib

Sumqayıtda fəaliyyət göstərən "Rövşən" ritm qrupu Azərbaycanı ritm festivalında təmsil edib

 

Sumqayıtda fəaliyyət göstərən "Rövşən" ritm qrupu Azərbaycanı ritm festivalında təmsil edib.

Xeberle.com xəbər verir ki, noyabrın 28-də Ukraynanın paytaxtı Kiyev şəhərində "Etno" ritm festivalı keçirilib. Onlayn formatda keçirilən festivalda 15 ölkə və şəhəri təmsil edən ritm ustaları iştirak ediblər.

Festivalda ölkəmizi "Rövşən" ritm qrupunun yaradıcı və rəhbəri Rövşən Cabbar təmsil edib.

Qeyd edək ki, R. Cabbar 2015 -ci ildən etibarən hər il ölkəmizi digər ölkələrdə keçirilən ritm festivallarında təmsil edir. İfa etdiyi (darbuka) zərb aləti isə Azərbaycanın qədim xalq çalğı alətləri arasında yer almaqdadır. Rövşən Cabbar hazırda Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adina Mədəniyyət Mərkəzində öz fəaliyyətini uğurla davam etdirir.

 

Mənbə: xeberle.com