"Kekalove Adaptive Fashion"

"Kekalove Adaptive Fashion" 2019-cu ilin aprel ayından fəaliyyətə başlayıb. Bu müddət ərzində komanda, əsasən, geyimlərin və prototiplərin hazırlanması prosesi ilə məşğul olub. Adaptiv geyimlərin başlıca özəlliyi bu geyimlərin funksional olmasıdır. "Kekalove Adaptive Fashion"-un qurucusu Məhəmməd Kekalov deyir ki, bu geyimlərin onu geyinən müxtəlif fiziki məhdudiyyətli şəxslərin həyatına rahatlıq gətirməsi onların əsas məqsədidir. Komandada hazırda iki dizayner çalışır. Onların ideyaları əngəlli şəxslər tərəfindən təcrübə edilmədən kolleksiyaya daxil olunmur. Dizaynlar isə əngəlin tipinə və xarakterinə görə dəyişir. Dizaynerlərin fikrinə görə, hazırlanan geyimlər rahat olmalı, tez başa gəlməli və yorucu olmamalıdır. Geyimlərin yeni moda trendlərinə uygun olmasına xüsusi diqqət yetirilir. Hazırda komanda yeni kolleksiya üzərində çalışır.

 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Möhtəşəm qələbəmiz diqqət mərkəzində - VİDEO

SONRAKI XƏBƏR

Bu hər liderin hünəri deyil – Lerikin Büzeyir kəndindən Xanış Əliyevin Prezidentə müraciəti…