“Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”

“Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun Laçına girməsinə artıq bir saatdan da az vaxt qalıb.

Hazırda Moskvada yaşayan müğənni Fədayə Laçın doğma yurdunun işğaldan azad olunacağına hələ də inana bilmədiyini bildirib.

Müğənni Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı sabah ölkə başçısından Laçının azad edilməsi xəbərini gözlədiyini və bundan sonra saytımıza geniş açıqlama verəcəyinə söz verib:

“Sabah inşallah Ali Baş Komandanımız xalqa müraciətində Laçınla bağlı şad xəbər versin, sonra sizə geniş açıqlama verəcəm. Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm. Deyilənə görə artıq ordumuz bir neçə dəqiqə sonra Laçına girəcək. Təki hər şey yaxşı olsun. Sözümüz sözdür”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az