Hər şeydən üstün oldumu Vətən sevgisi?!- Aytən Hüseynova yazır

Hər şeydən üstün oldumu Vətən sevgisi?!- Aytən Hüseynova  yazır

Üzündəki gülüş nurdur,elə bil,Poladın gülüşündən pay alıb,anan həsrət qalıb o gülüşə şəhidim,indi anan səni Şuşadan,Kəlbəcərdən soruşur,xilas etdiyin torpaqlardan soruşur...Sən ölmədin ,sən göylərə çəkildin,Vətən adlı böyüklüyü ürəyinlə daşıdın,büllur səsin güllə səsini anan qorxmasın deyə batırırdımı?!Namərd düşmən kürəyindən vurdumu?! Son nəfəsdə sevdiyin gözünə göründümü?!Xarıbülbülü ona vəd etmişdinmi?!Qulağına gəldimi vağzalının havası?! Onu gəlin,özünü bəy libasında gördünmü?!ay bayrağa bürünüb anasına qayıdan,şəhidim..ananın oğul toyunda oynaya bilməmək naləsi son olaraq səsləndimi qulağında?!

Hər şeydən üstün oldumu Vətən sevgisi?!

Sən oğulsan,min şəhid oğuldan biri,seçmək olmur sizi bir-birinizdən,bütün gözəl,gur işıqlar,Allah nuru həkk olunub üzünüzə..

 

Ata qəmli,ana dərdli elə sizi axtarır,bir gün dönüb :"Mən gəlmişəm"-,deyəcəyiniz günü axtarır.Səsiniz qulaqlarda ,gülüşünüz ürəklərdə həkk olub.Anan qurban,bacın qurban bu nə duruş,nə baxış..

Vətən nədir?sualının tək cavabı sizsiniz.Vətən sizsiniz,siz Vətənsiniz,qalanları boş gurultu,boş divar...Müqəddəslik göylərdə deyil daha... Siz yatan torpaq ən müqəddəs məkandır.And içmək üçün şəhid qanı ən möcüzəli qurandır..Gülüşlərin,səsin qanın ilə aldığın torpaqlara hopub,qar üstünə naxış salan ayaqlar sənin kimi igidlərin ayağı....Sağlamı da ,qazisi də,şəhidi də qəhrəman.Azərbaycan,nə xoşbəxtsən belə oğulların var,heç bir düşmən əyə bilməz məğrur ana qəddini..Qurd ürəkli gülər üzlü ər oğullar Vətəni....Tər çiçək gəncliklərini Vətənə fəda edib əbədilik dastana dönən igidlər Vətəni...

Mənbə: olaylar.az