“Qayınatam Şuşa həsrəti ilə dünyadan getdi, indi deyirəm kaş sağ olaydı...”

“Qayınatam Şuşa həsrəti ilə dünyadan getdi, indi deyirəm kaş sağ olaydı...”

Əməkdar artist Bəsti Sevdiyeva həmişə torpaqlarımız haqda danışanda kövrəlir.

Muğam ifaçısı qələbəmizlə bağlı Moderator.az-a açıqlama verərkən yenə gözyaşlarına hakim ola bilmədi. B.Sevdiyeva həm də həyat yoldaşının Şuşa şəhərindən olduğunu bildirdi:

“Mən bütün xalqımıza gözaydınlığı verirəm. Hamı necə sevinirsə, bəlkə mən onlardan daha artıq sevinirəm. Allah ordumuza dəyməsin, cənab prezidentimizi bizə çox görməsin, şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizin analarına səbr diləyirəm, şəhidlər heç vaxt ölmür, onlar zirvədə, ürəyimizin başındadırlar”.

Muğam ifaçısı qayınatasının Şuşa həsrəti ilə dünyasını dəyişdiyini bildirib:

“Mənim həyat yoldaşım Şuşa şəhərindəndir və özü də ki, bunu bilən bilir ki, alim, professor Nazim Axundovun oğludur. İndi yadıma düşəndə kövrəlirəm və deyirəm ki, sağ olsaydı, kişi necə də sevinərdi. Qayınatam Qarabağ, Şuşa həsrəti ilə dünyadan getdi. Allah sizlərə ömür versin, ay oğul. Əsgərlərimizə baxanda çox sevinirəm. (Ağlayır) Allah xalqımızı qorusun”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az