Məşhur rejissor evlənmək vədi ilə aldatdığı aktrisaya təcavüz etdi

Məşhur rejissor evlənmək vədi ilə aldatdığı aktrisaya təcavüz etdi

Hindistanın Mumbay şəhərində bir rejissor serial çəkilişi zamanı tanış olduğu aktrisanı evlilik vədi ilə aldadıb dəfələrlə təcavüz edib.

Unikal.org xəbər verir ki, bu barədə aktrisa Versova polisinə ifadə verib. O bildirib ki, həmin rejissorla 2 ildir tanışdırlar.

İstintaq davam edir. Polis bölməsindən bildirilib ki, həmin rejissor hazırda təcavüzkar kimi qeydə alınıb.

Bildirilir ki, həmin rejissor ölkəsində məşhurdur.

Mənbə: www.unikal.org